Futbol üzrə Türkiyə 1-ci Liqasında 21-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" doğma meydanda "Erzurum"u qəbul edib. Matç qonaqların 261 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard oyuna start heyətində başlayıb. O, 69-cu dəqiqədə əvəzlənib.
21 turdan sonra aktivində 30 xal olan "Ankaragücü" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi