Səmədov Azərbaycan millisində oynamaq ehtimalı olduğunu xatırladı: "Necə peşman ola bilərəm?"

15:34 - 3 Fevral 2025

Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov Azərbaycan millisində oynamaqdan imtina etdiyinə görə peşman olub-olmamasından danışıb. 

Sportal.az xəbər verir ki, AFFA-nın təklifindən imtina edən Səmədov məsələni bu cür şərh edib:

"Bəli, mənə AFFA dəvət etmişdi, amma bu qərarı verdim. Çoxdan idi, təfərrüatlarını da xatırlamıram. Rusiya millisini seçməyimizə peşman oldum? İki dünya çempionatında, AVRO və Konfederasiyalar Kubokunda oynamışam. Bu barədə yalnız xəyal edə bilərsiniz! Necə peşman ola bilərəm? Mən Rusiyada doğulmuşam".

40 yaşlı veteran futbolçu 2011-2018-ci illərdə Rusiya millisində 53 oyuna 7 qol vurub.

Xəbər xətti