Türkiyə mətbuatı yaxın günlərdə “Ankaragücü”nün düşərgəsini tərk edəcək əcnəbi futbolçuların siyahısını açıqlayıb.
Sportal.az “Haber Ankara”ya istinadən xəbər verir ki, legionerlər arasında komandanın ən bahalı futbolçusu, Azərbaycan millisinin üzvü Renat Dadaşov da var.
Paytaxt klubunu Renatla birlikdə 4 legioner tərk edəcək. Yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Xatırladaq ki, bu yaxınlarda millimizin hücumçusunun “Ankaragücü”nün əsas heyətindən kənarlaşdırıldığı və komandanın məşqçilərindən birinin rəhbərliyi altında ayrıca məşq etdiyi məlum olmuşdu.
Renatın birinci liqa klubu ilə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna qədərdir.