Mahir Emreli üçün yeni variant - Avropadan ayrıla bilər

11:48 - 13 Fevral 2025

Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin “Nürnberq”dən ayrılacağı haqda xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, Emreli yayda Asiyaya yollana bilər.

Məsələ burasındadır ki, 27 yaşlı futbolçunun xidmətində Cənubi Koreya klubu maraqlıdır. Asiyalılar indidən Mahir üçün hərəkətə keçib. Lakin hələ ki bununla bağlı konkretlilik yoxdur. Yaxın vaxtlarda məsələ haqda yekun qərarın ehtimal edilir. 

Xatırladaq ki, Mahir Emreli yayda “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.
 

Xəbər xətti