"Araz-Naxçıvan" "Qarabağ" önünə ciddi itkilərlə çıxacaq

09:22 - 8 Mart 2025

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 26-cı turunun "Qarabağ"la oyununa ciddi itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, Naxçıvan təmsilçisinin aparıcı oyunçuları bu görüşdə iştirak etməyəcək.

Belə ki, zədəli Ramon Maçado, Miço Kuzmanoviç, Mustafa Əhmədzadə oynamayacaq. Onlarla yanaşı, diskvalifikasiya edilmiş İqor Ribeyro və Vanderson Melo da "Qarabağ"a qarşı keçiriləcək görüşdə iştirak edə bilməyəcək.

"Qarabağ"da isə yeganə itki zədəli Abbas Hüseynovdur.

"Araz-Naxçıvan" - "Qarabağ" görüşü bu gün "Liv Bona Dea Arena" stadionunda keçiriləcək və görüşə 19:00-da start veriləcək.

Xəbər xətti