Misli Premyer Liqasının 26-cı turunun “Qarabağ”a qarşı oyununda (1:3) zədələnən “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayevin zədəsinin ciddi olub-olmadığı üzə çıxıb.
Sportal.az xəbər verir ki, zədələnərək matçın 52-ci dəqiqəsində əvəzlənən təcrübəli yarımmüdafiəçinin vəziyyəti yaxşıdır.
Qarayev “Şamaxı” ilə qarşılaşmada komandasına kömək edə biləcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Şamaxı” matçı martın 14-də “Liv Bona Dea Arena”da keçiriləcək və görüşə 19:00-da start veriləcək.
saytlarin hazirlanmasi