Azərbaycanlı futbolçu atasına məxsus olan klubdan ayrılacaq – baş məşqçi şans vermir

11:22 - 14 Mart 2025

“Ximki”nin futbolçusu İlya Sadıqov komandadan ayrılacaq.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə əslən Azərbaycandan olan futbolçunun Premyer Liqa klubunda şans görməməsidir. O, baş məşqçidən narazı qaldığı üçün komandadan ayrılacaq.

24 yaşlı futbolçu Rusiya mətbuatına açıqlamasında bu cür danışıb:

“Oyun dəqiqəmə görə, xoşbəxt deyiləm. Mən bununla nə edəcəyimi bilmirəm. Mövsümü bitirməliyik, sonra baxarıq. Əgər maraqlanırsınızsa, məşqçinizdən soruşun. Mən məşqə çıxıb, işimi görürəm. Baş məşqçiyə yalvara bilmərəm ki, mənə daha çox oynamağa icazə versin. Məşqçi belə düşünürsə, deməli, onun seçiminə hörmətlə yanaşıram. Vəziyyət dəyişməsə, yayda komanda dəyişə bilərəm".

Qeyd edək ki, “Ximki”nin əsas sponsoru İlya Sadıqovun atası, Tufan Sadıqovdur.

Xəbər xətti