"Liverpul" Aleksandr-Arnoldun əvəzedicisini tapıb

00:15 - 27 Mart 2025

"Liverpul" yay transfer pəncərəsində "Yuventus"un müdafiəçisi Andrea Kambiasonu heyətinə qatmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, "Gazzetta dello Sport"un məlumatına görə, "Liverpul" yay transfer pəncərəsində Trent Aleksandr-Arnoldun mümkün gedişi halında Kambiasonu heyətinə qatmaq niyyətindədir.

"Liverpul"un əsas müdafiəçilərindən biri olan Aleksandr-Arnoldun yayda "Real Madrid"ə keçə biləcəyi bildirilir.

Daha əvvəl bildirilmişdi ki, Aleksandr-Arnold artıq Madrid klubu ilə 5 illik müqavilə barədə razılığa gəlib. Müqavilə 1 iyuldan qüvvəyə minəcək və həmin vaxt futbolçu azad agent statusu alacaq.

Qeyd edək ki, Andrea Kambiaso isə 2022-ci ildən "Yuventus" formasını geyinir. Cari mövsümdə o, bütün turnirlərdə 35 matçda 2 qol və 3 assistlə yadda qalıb.

Xəbər xətti