"Mançester Yunayted" Niderland millisinin üzvünün transferini reallaşdırmağa yaxındır

10:34 - 28 Mart 2025

"Bayer"(Leverkuzen) və Niderland millisinin üzvü Ceremi Frimponq İngiltərəyə yollanmağa hazırlaşır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Mançester Yunayted" Frimponqun transferin reallaşdırmağa yaxındır.

Artıq tərəflər arasında ilkin razılıq əldə edilib.

"Qırmızı şeytanlar” 24 yaşlı futbolçu üçün lazımı təzminat məbləğini də ödəyəcək.

O, bu mövsüm 40 matçda 4 qol vurub və 11 asist edib. Cereminin "Bayer"lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Frimponq "Bayer"dən öncə "Seltik"də oynamışdı.

Xəbər xətti