Futbol üzrə Cənubi Koreya çempionatında 6-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Tecon Xana Sitizen" doğma meydanda "Qvanqju"nu qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Anton Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. 26 yaşlı sol cinah müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
6 turdan sonra aktivində 13 xal olan "Tecon Xana Sitizen" turnir cədvəlinin zirvəsində qərarlaşıb.
saytlarin hazirlanmasi