Misli Premyer Liqasının XXVIII turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Sabah" oyunu (3:3) qonaqların gənc müdafiəçisi Elgün Dünyamalıyev üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçu "Sabah"ın əsas komandasında ilk rəsmi oyununu keçirib.
Klubun akademiyasının yetirməsi olan müdafiəçi start heyətində yer alıb və sona kimi meydanda olub.
saytlarin hazirlanmasi