Azarkeşləri "Qarabağ"ı ziyana saldı, stadiona dəymiş zərəri "Kəpəz" ödəyəcək

13:05 - 1 Aprel 2025

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XXVIII tur

28.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVIII turun “Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” klubu 700 manat cərimə edilsin (maddə 37);

28.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVIII turun “Turan Tovuz” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

29.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVIII turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” klubunda 6 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” klubu 700 manat cərimə edilsin (maddə 37);

29.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVIII turun “Neftçi” – “Araz-Naxçıvan” oyunu “Araz-Naxçıvan” klubunun futbolçusunun formasında qüsur olması səbəbindən gec başladığı üçün “Araz-Naxçıvan” komandası 800 manat cərimə edilsin (maddə 75.6);

30.03.2025-ci il tarixində Misli Premyer Liqasında XXVIII turun “Kəpəz” – “Səbail” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödənilsin (maddə 54.2);

Xəbər xətti