Gürcüstan millisinin üzvü Portuqaliya nəhəngi ilə anlaşdı - FOTO

10:33 - 1 Aprel 2025

Gürcüstan millisinin üzvü Giorgi Koçoraşvili “Levante”dən ayrılaraq Portuqaliyaya yollanıb.

Sportal.az xəbər verir ki, gürcü futbolçu “Sportinq”lə anlaşıb.

Bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb. Koçoraşvili yeni sezondan “Sportinq”in formasını geyinəcək. 

Mövsümün sonuna qədər isə gürcü futbolçu “Levante”də icarə əsasında çıxış edəcək. Koçoraşvili karyerası ərzində “Saburtalo”, “Kastelyon”da da çıxış edib.

Xəbər xətti