“İnter Mayami”nin hücumçusu Luis Suares 2011-ci ildə "Liverpul"a transferini xatırlayıb.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, uruqvaylı forvard hücum xəttində hansı futbolçu ilə oynamaq istədiyini bildirib:
“Ayaks”dan ayrılanda mənə "Liverpul" və "Tottenhem"dən təklif gəlmişdi. Həmin vaxtı “Liverpul”u seçmişdim. Mən Stiven Cerrard və Fernando Torresin fanatı idim. Təəssüf ki, Torreslə oynaya bilmədim. Bu, mənim xəyalım olmuşdu. Mən həmişə “PlayStation”da Fernando Torres üçün oynayırdım”.
37 yaşlı hücumçu 2011-2014-cü illərdə “Liverpul”da oynayıb. O, bundan əlavə isə “Nasyonal”, “Qroningen”, “Barselona”, “Atletiko”, “Qremio”da da çıxış edib.
saytlarin hazirlanmasi