Qvardiola: "Həkimlər dedilər ki, 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq"

15:59 - 1 Aprel 2025

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, "şəhərlilər"in hücumçusu Arlinq Holann zədə səbəbindən 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, ispan mütəxəssis norveçlinin durumu barədə bunları deyib:

"Həkimlər mənə Holann 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq. Ümid edirəm ki, o, mövsümün sonuna qədər və klublararası dünya çempionatına hazır olacaq".

Bu mövsüm norveçli 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib. Xatırladaq ki, norveçli İngiltərə kubokunun 1/4 finalında "Bornmut"la matçda (2:1) sol topuq nahiyəsindən zədə alıb.

Xəbər xətti