"Rostov"da çalışan məşqçi: "Heç vaxt bu qədər zəif Azərbaycan millisi görməmişdim"

12:18 - 1 Aprel 2025

“Azərbaycanın Haiti və Belarus millisinə qarşı oyunlarını izlədim. Heç vaxt bu qədər zəif Azərbaycan millisi görməmişdim. Məğlubiyyət hər zaman mümkündür. Amma kimə gəldi uduzmaq olmaz”.

Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandamızın sabiq forvardı Maqomed Kurbanov deyib. Hazırda “Rostov”un futbol akademiyasında çalışan Qurbanov milli komandada lider futbolçunun çatışmazlığından bəhs edib:

“Millidə keyfiyyətli oyunçu çatışmazlığı var. Lider çatışmazlığı da həmçinin. Doğrudur, Şahruddin Məhəmmədəliyev və Bədavi Hüseynov var. Amma bu qədərdir. Baş məşqçi də günahkardır. Çünki hazır olmayan futbolçuları dəvət etmişdi”.

Qeyd edək ki, Kurbanov milli komandada 3 oyuna çıxıb və qol vurmayıb.

Xəbər xətti