"Fənərbaxça"dan ayrılan Rayan Kentin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, ingiltərəli vinger karyerasını ABŞ-də davam etdirəcək.
Kent "Settl Saunders"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı ön xətt oyunçusu ilə 2025-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Rayan Kent 2023-cü ilin iyul ayından 2024-cü ilin oktyabrınadək "Fənərbaxça"da çıxış edib.
saytlarin hazirlanmasi