Tovuzda futbolçular təltif olundu

18:04 - 31 Mart 2025

Bu gün AFFA U-10 və U-12 liqasının Qərb zonası üzrə yarışları başa çatıb.

Sportal.az xəbər verir ki, Qərb Regional Futbol Federasiyası tərəfindən sözügedən liqalarda nümunəvi davranışları ilə seçilən futbolçulara “Fair-Play” Fəxri Fərmanları təqdim olunub. 

Tovuz Olimpiya İdman Kompleksində keçirilən tədbirdə liqalar üzrə məşqçilər tərəfindən seçilmiş futbolçulara Fəxri Fərmanları QRFF-nin koordinatoru Rasim Əliyev, AFFA Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin Qərb zonası üzrə nümayəndəsi Vüsal Qocayev, məşqçilər və valideynlər təqdim ediblər.
Fərqlənən futbolçuların siyahısı belədir:

U-10 Liqa 
1. Yusif Comərdov, “Ağstafa Gəncləri”
2. Rəhim Abbaszadə, “Şəmkir”
3. Hüseyn Namazov, “Yasamal” (Şəmkir)
4. Zahid Əliyev, “Avey” (Ağstafa)
5. Mənsur Budaqov, “Qazax-Siti”
6. Mirnihat Əliyev, “Gülül” (Ağstafa)
7. Ricay Məmmədzadə, “ Turan Tovuz”
8. Arda Əhmədov, “ Hünər” (Tovuz)
9. Tunar Əliyev, “Olimpiya” (Tovuz) 

U-12 Liqa 
1. Arif Məsmalıyev, “Ağstafa Gəncləri”
2.  Uğur Məmmədov, “Şəmkir”
3. Həsən Atayev, “Yasamal” (Şəmkir)
4. Məqsəd Bayramov, “Avey” (Ağstafa)
5. Cəfər Həsənli, “Qazax-Siti”
6. İbrahim Əlizadə, “Gülül” (Ağstafa)
7.Süleyman Əsgərzadə, “Turan Tovuz”
8. Hüseyn Həsənli, “Hünər” (Tovuz)
9. Hüseyn Əliyev,  “Olimpiya” (Tovuz)
10. Ümid Qasımov,  “Qazax Gənclər”


Xəbər xətti