"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellingem Almaniyaya yollanmaq şansına sahibdir.
Sportal.az "Bild"ə istinadən xəbər ki, “Leyptsiq” onu yay “transfer pəncərəsi” zamanı heyətinə qatmağı planlaşdırır.
Almaniya klubunun rəhbərliyi futbolçu üçün bütün lazımi məlumatları toplayıb və rəsmi təklifə hazırlaşır.
19 yaşlı futbolçunun “Sanderlend”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Cob “Real”ın(Madrid) yarımmüdafiəçisi Cud Bellingemin qardaşıdır.