"İnter" və "Bavariya" "Marsel"in vingeri Luis Enrike Limaya maraq göstərir.
Sportal.az xəbər verir ki, xarici mətbuatda yer alan məlumata görə, "İnter" və "Bavariya" 23 yaşlı braziliyalı futbolçunun transferi ilə maraqlanır. Milan klubunun skautları Enrikenin oyununu yüksək qiymətləndirir, lakin transfer uğrunda mübarizəyə Almaniya nəhəngi də qoşulub.
"İnter"in baş məşqçisi Simone İnzaqini Luis Enrikenin universallığı cəlb edir. O, hücum xəttində müxtəlif mövqelərdə oynamaq bacarığı ilə seçilir.
Qeyd edək ki, futbolçunun transfer dəyəri 30 milyon avro qiymətləndirilir. Cari mövsümdə Enrike Fransa çempionatında 27 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi