Futbol üzrə Azərbaycan 2-ci Liqasında 19-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Şəki Siti" öz meydanında "Şahdağ Qusar"ı qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 55-ə yüksəldən "Şahdağ Qusar" liderliyini davam etdirir. 14 xalı olan "Şəki Siti" isə 10-cu yerdədir.
"Şəki Siti" - "Şahdağ Qusar" 0:1
Qol: T.Qurbatov, 90+5