Sabiq ingiltərəli futbolçu Pol Skoulz "Mançester Siti"nin maliyyə qaydalarını pozduğuna görə ədalətli şəkildə cəzalandırılmalı olduğunu bildirib.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi The Overlap verilişində əzəli rəqiblərindən söz açıb:
"Əgər "Siti" günahkar hesab olunsa, hansı cəzanın ədalətli olacağını söyləmək çətindir. Əsas odur ki, bu, ədalətli olsun. "Nottingem Forest" və "Everton" da cəzalandırıldı, ona görə də eyni prinsip qorunmalıdır. Mən onların aldığı cəzanı təkrarlamağı demirəm, amma düşünürəm ki, bu, xal silinməsi olacaq."
saytlarin hazirlanmasi