Premyer Liqada yarımavtomatik ofsayd aşkarlama sistemi tətbiq olunacaq

23:34 - 1 Aprel 2025

İngiltərə Premyer Liqasında ofsaydın müəyyənləşdirilməsi üçün yarımavtomatik sistem tətbiq olunacaq.

Sportal.az xəbər verir ki, liqanın mətbuat xidmətinin açıqlamasına görə, bu texnologiya 32-ci turdan etibarən tətbiq olunacaq. Əvvəlcə texnologiya İngiltərə Kubokunun oyunlarında sınaqdan keçirilib.

"Yarıavtomatik ofsayd müəyyənləşdirmə texnologiyası, VAR (video-assistant referee) üçün qərar qəbul etmə prosesinin əsas elementlərini avtomatlaşdıracaq. O, oyunçuların optik izlənməsi ilə ofsayd xəttini daha effektiv şəkildə yerləşdirir və virtual qrafika yaradaraq, azarkeşlərə oyunları daha rahat izləmək imkanı verir.

Bu texnologiya qərar qəbul etmə prosesinin bütövlüyünü təmin edir, eyni zamanda ofsayd vəziyyətlərində sürət, effektivlik və ardıcıllığı artırır." – deyə açıqlamada qeyd olunub.

Xəbər xətti