Çempionlar Liqası: Azərbaycan klubları oyunlarını bu ölkədə keçirəcək

11:22 - 1 Aprel 2025

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi "Birbaşa Bakı" və gümüş mükafatçısı "Zirə"nin iştirak edəcəyi Çempionlar Liqasının hansı ölkədə keçiriləcəyi bəlli olub.

Sportal.az xəbər verir ki, matçlar sentyabrın 17-dən 21-dək Sofiyada (Bolqarıstan) baş tutacaq.

ÇL-dən bir həftə sonra isə orada ölkəmizi Avropa kubokunda "Aznur" təmsil edəcək.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi "Birbaşa Bakı"dır.

Xəbər xətti