Premyer Liqaya iddialı klub Məmmədova tapşırılacaq? - özü açıqladı

13:22 - 1 Aprel 2025

"Karvan"ın baş məşqçi postunda dəyişiklik ediləcəyi gözlənilir. Belə ki, yerli mətbuatda yayılan xəbərlərə görə, Yevlax təmsilçisi Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə, komanda Azər Məmmədova həvalə ediləcək. Son olaraq, “Kəpəz”də baş məşqçi kimi çalışmış Məmmədovun “Karvan”da bu postda Kənan Kərimovu əvəzləyəcəyi gözlənilir.

Məsələ haqda Sportal.az saytına açıqlama verən Məmmədov bunları deyib:

"Bəli, mətbuatda çıxan xəbərləri mən də oxumuşam. Amma belə bir şey yoxdur. Rəhbərliklə də danışığım olmayıb. Üstəlik, hazırda komandanın baş məşqçisi var və onlara uğurlar arzulayıra. Kənan Kərimovla dostluq münasibətim var. Ümidvaram ki, birlikdə Premyer Liqaya vəsiqə qazanarlar".

Əlavə edək ki, "Karvan" hazırda Birinci Liqada 19 turdan sonra 35 xalla 2-ci pillədədir.

Xəbər xətti