"Napoli"nin hücumçusu Romelu Lukaku A Seriyasının 30-cu turunda "Milan"la qarşılaşmada komandasının qələbə qolunu vurub(2:1).
Sportal.az liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı forvard bununla da peşəkar səviyyədə 400-cü qolunu vurub.
Lukaku "Anderlext", "Çelsi", "Everton", "Mançester Yunayted", "İnter" və "Roma"da çıxış edib.
O, Belçika millisində 122 oyun keçirib və 88 qola imza atıb.
saytlarin hazirlanmasi