Emreli oynadı, komandası məğlub oldu

21:01 - 30 Mart 2025

Almaniya 2-ci Bundesliqasında 27-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Regensburq"un qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard 77-ci dəqiqədə meydana çıxıb.

27 turdan sonra aktivində 41 xal olan "Nürnberq" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbər xətti