"Bayer" millinin üzvünü transfer edəcək

10:22 - 31 Mart 2025

“Feyenoord”un müdafiəçisi David Hantzko Bundesliqaya keçə bilər.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, 27 yaşlı slovakiyalı ilə “Bayer”in transfer siyahısındadır.

Transfer yayda baş tuta bilər.

Bu mövsüm Hantzko 39 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

27 yaşlı futbolçunun "Feyenoord"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, "Jilina", "Fiorentina", "Sparta"(Praqa) komandalarında oynayıb.

Xəbər xətti