Avstraliya mətbuatı bir komandada uzun müddət baş məşqçi kimi fəaliyyət göstərən mütəxəssislər haqda yazıb.
Sportal.az “Sporting News"a istinadən xəbər verir ki , bu siyahıya altı məşqçinin adı daxil edilib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 2-ci pillədə qərarlaşıb. Avstraliyalı həmkarlarımız azərbaycanlı məşqçinin 2008-ci il avqustun 4-dən (16 il, 244 gün) Ağdam təmsilçisinə rəhbərlik etməsini xüsusi qabardıb. Azərbaycanlı mütəxəssis yalnız “Haydenhaym”in çalışdırıcısı Frank Şmidtdən (17 il, 197 gün) geri qalır.
"Top-6"da Saymon Uiver (“Harroqeyt Taun”, İngiltərə), Koldo (Andorra millisi), Luk Holts (Lüksemburq millisi) və Dieqo Simeone (“Atletiko”, İspaniya) da yer alıb.