"Milan" yayda aparıcı futbolçularından birini itirə bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossonyerlər" Teo Hernandesi saxlamaqda çətinlik çəkəcək.
Belə ki, fransız klubun yeni müqavilə təklifi ilə razılaşmayıb. PSJ, “Mançester Siti” də Teonu transfer etməkdə əsas favoritlərdir.
Hernandes bu mövsüm 40 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. 27 yaşlı müdafiəçinin “Milan”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, 2019-cu ildən İtaliya klubunun formasını geyinir.Teo “Atletiko”, “Alaves”, “Real”(Madrid), “Real Sosyedad” komandalarının üzvü olub.
saytlarin hazirlanmasi