İngiltərə millisinin üzvü Cud Bellingem uzun illər “Real”da oynamaq istəyir.
Sportal.az xəbər verir ki, “Marca”ya danışan ingilis futbolçu “kral klubu”ndan ayrılmaq niyyətində deyil:
"Real"da özümü xoşbəxt hiss edirəm. Qarşıdakı 10-15 il bu klubda oynamaq istəyirəm. Böyük ehtimalla bu da olacaq".
21 yaşlı yarımmüdafiəçinin “Real”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, 2023-cü il iyulun 1-də “Borussiya”dan (Dortmund) İspaniya nəhənginə keçib. Bellingem bundan əvvəl “Birmingem”də çıxış edib.
saytlarin hazirlanmasi