2-ci Liqa mübarizə aparan "Araz Saatlı"nın yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, A kateqoriyalı mütəxəssis Asim İbrahimovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, bir neçə gün əvvəl istefa verən Şəhriyar Məmmədovu əvəzləyib.
Qeyd edək ki, Asim İbrahimov əvvəllər Azərbaycanda MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, həmçinin, Ukrayna, Türkiyə və son olaraq Moldova klublarında da məşqçilik edib.
saytlarin hazirlanmasi