Seksual zorakılıq ittihamı ilə 2 il şərti həbs cəzası alan futbolçu rəsmən İran klubunda

23:15 - 1 Aprel 2025

Vissam Ben Yedder karyerasını İranda davam etdirəcək.

Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu ilə müqavilə imzalandığını "Sepahan" klubu rəsmi olaraq elan edib. Keçmiş "Monako" və Fransa millisinin futbolçusu 2024-cü ilin may ayından bəri rəsmi oyun keçirməyib.

Noyabr ayında o, seksual zorakılıq ittihamı ilə 2 il şərti həbs cəzası alıb. Bundan əlavə, keçmiş həyat yoldaşına qarşı psixoloji zorakılıq ittihamı ilə bağlı araşdırma davam edir.

Qeyd edək ki, 2023/24 mövsümündə Ben-Yedder Liqa 1-də 32 oyun keçirib və 16 qol vuraraq komandasının ən məhsuldar futbolçusu olub.

Xəbər xətti