PSJ 3 xalı 6 qolla qazanaraq çempionluğa doğru gedir - VİDEO

01:09 - 30 Mart 2025

Fransa 1-ci liqasında 27-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, lider PSJ səfərdə "Sent-Etyen"lə qarşılaşıb. Paris klubu matçdan 6:1 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, bu matçdan sonra PSJ 71 xalla çempionluğa doğru gedir. Belə ki, hazırda davam edən "Monako" - "Nitsa" (0:1,ikinci hissə) matçı heç-heçə ilə bitərsə Paris klubu çempionatın bitməsinə 7 tur qalmış çempionluğunu qeyd edəcək.

Fransa 1-ci liqası

27-ci tur

"Sent-Etyen" - PSJ 1:6

Qollar: L.Stassin,6, - G.Ramos,43(pen), K.Kvaratskelia,50, D.Doue,53,66,  J.Neves,62, I.Mbaye,90

Xəbər xətti