"Yuventus" yeni baş məşqçisi ilə ilk matçında qələbə qazandı - VİDEO

23:47 - 29 Mart 2025

İtaliya A Seriyasında 30-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, yeni baş məşqçisi İqor Tudorun ilk matçında "Yuventus" doğma meydanda "Cenoa" ilə qarşılaşıb."Qoca sinyora" Kənan Yıldızın 25-ci dəqiqə də vurduğu qolla minimalhesablı qələbə qazanıb.

Qeyd edək ki, bu matçdan sonra "Yuventus" 55 xalla 5-ci , "Cenoa" isə 35 xalla 12-ci pillədə qərarlaşıb.

İtaliya A Seriyası
30-cu tur 

21:00. "Yuventus" - "Cenoa" - 1:0

Qollar: K.Yıldız,25

Xəbər xətti