Polşanın “Radomyak” klubunun baş məşqçisi Joao Enrikeş komandanın azərbaycanlı futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun bu gün ölkə çempionatının 26-cı turunda “Korona”ya qarşı keçiriləcək görüşündə meydana çıxmaq şanslarını dəyərləndirib.
Sportal.az “wKielcach.info” portalına istinadən xəbər verir ki, portuqal mütəxəssis bu cür danışıb:
"Renat Dadaşov komandaya cümə axşamı, Rahil Məmmədov isə cümə günü qoşulub. Milliyə dəvət edilən hər 4 futbolçumuz da “Korona” ilə görüşün heyətinə düşə bilər. Renat Dadaşov və Rahil Məmmədovun da oynamaq şansı var".
Qeyd edək ki, “Korona” - “Radomyak” matçı bu gün 14:15-də keçiriləcək.