"Əl-Nəsr"dən London klubuna 100 milyon avroluq təklif

17:21 - 29 Mart 2025

"Vest Hem"in futbolçusu Məhəmməd Kudus karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Əl-Nəsr" qanalı vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Ərəblər Kudus üçün London klubuna 100 milyon avroluq təklif göndərməyə hazırlaşır. 24 yaşlı ön xətt oyunçusu "Əl-Nəsr"in sərfəli təklifini dəyərləndirmək və Səudiyyə Ərəbistanına yollanmağa isti yanaşır.

Qeyd edək ki, "Vest Hem" Məhəmməd Kudusu 2023-cü ilin yayında "Ayaks"dan transfer edib. Qana millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti