"Qalatasaray" Musleraya əvəzləyici tapdı

13:24 - 29 Mart 2025

Türkiyənin "Qalatasaray" klubu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Fernando Musleraya əvəzləyici axtarır.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi axtardığı qolkiperi Rumıniyada tapıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Qalatasaray" FKSB-da çıxış edən Ştefan Tarnovanu ilə maraqlanır. "Sarı-qırmızılar" yayda 24 yaşlı "əlcək sahibi" üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, FKSB Stefan Ștefan Târnovanunu 2020-ci ilin yayında "Politexnika"dan transfer edib. Rumıniya millisinin üzvü bu mövsüm Buxarest təmsilçisinin heyətində 50 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti