"Liverpul" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Trent Aleksandr-Arnoldun mövqeyi üçün axtarışları davam etdirir.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Nyukasl"da çıxış edən Tino Livramento ilə maraqlanır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Liverpul" yayda ingiltərəli sağ cinah müdafiəçisi üçün onun klubuna rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək ki, "Nyukasl" Tino Livramentonu 2023-cü ilin avqust ayında "Sauthempton"dan transfer edib. İngiltərə millisinin üzvü olan 22 yaşlı futbolçu bu mövsüm "sağsağanlar"ın heyətində 35 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi