"Milan"ın qapıçısı Mayk Menyan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Aston Villa" və "Çelsi" fransalı qolkiperi transfer etmək istəyir. Bu barədə "Team Talk" məlumat yayıb.
Hər iki klub yayda Menyanı transfer etməyə çalışacaq. İtaliya klubu sərfəli təklif gələcəyi təqdirdə 29 yaşlı "əlcək sahibi"ni satmağa hazırdır.
Qeyd edək ki, "Milan" Mayk Menyanı 2021-ci ilin yayında "Lill"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində 41 rəsmi oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi