"Milan"da qalacaq, "Mançester Siti"yə geri qayıtmaq istəmir

12:34 - 28 Mart 2025

"Milan"ın "Mançester Siti"dən icarəyə götürdüyü Kayl Uoker karyerasını İtaliyada davam etdirməyə hazır olduğunu bildirib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, İtaliya klubu cari mövsümün sonunda futbolçunu 5 milyon avroya qarşı tərəfdən transfer etməyi planlaşdırır.

Bundan sonra “Milan”ın Uokerin maaşını ildə 4,5 milyon avroya qədər artırmaqla 2027-ci ilə qədər yeni müqavilə imzalaması gözlənilir.

Futbolçunun özü "Milan"da qalmasını istəyir və "Mançester Siti"yə qayıtmaq haqda düşünmür.

Xəbər xətti