Mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi başa çatan Kristian Eriksen Türkiyə Super Liqasında çıxış edə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" danimarkalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İstanbul nəhəngi Eriksenlə danışıqlara başlamağı planlaşdırır. Azad agent statusunda olacaq təcrübəli oyunçu ilə "Ayaks" da maraqlanır.
Qeyd edək ki, Kristian Eriksen 2022-ci ilin yanvar ayından "Mançester Yunayted"də çıxış edir. Danimarka millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi