"Barselona" "Fiorentina"nın müdafiəçisi Dodoya maraq göstərir.
Sportal.az xəbər verir ki, "Calciomercato"nun yaydığı məlumata görə, Kataloniya klubunun baş məşqçisi Hansi Flik "Fiorentina"nın müdafiəçisi Dodonu öz komandasında görmək istəyir.
A Seriyası təmsilçisi 26 yaşlı braziliyalı futbolçuya iki illik yeni müqavilə təklif edib. Lakin Dodo hələlik İtaliya klubunda qalmağa üstünlük verir və yeni müqavilədə maaşı ilə bağlı detalları dəqiqləşdirməyi gözləyir.
Qeyd edək ki, bu mövsüm Dodo A Seriyasında 30 oyun keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi