İtaliya millisinin üzvü "Qalatasaray"a qayıdacaq

15:33 - 10 Aprel 2025

"Fiorentina" "Qalatasaray"dan icarəyə götürdüyü Nikolo Zanyolo ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası klubu italyan futbolçunun transfer hüququna yiyələnməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Fiorentina" Zanyolo üçün 15 milyon avroluq satınalma bəndini işə salmayacaq. 25 yaşlı yarımmüdafiəçi yayda "Qalatasaray"a qayıdacaq.

Qeyd edək ki, Nikolo Zanyolo bu ilin fevral ayında "Fiorentina"ya icarəyə verilib. İtaliya millisinin üzvü Florensiya təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti