Dünya çempionatında komanda sayı artırılacaq

11:59 - 10 May 2025

FİFA qadınlar arasında dünya çempionatının iştirakçılarının sayını 48 komandaya çatdırmaq qərarına gəlib.

Sportal.az xəbər verir ki, bu barədə qrumun mətbuat xidməti məlumat yayıb.

Yeni qərara əsasən qrup mərhələsindəki qrupların sayı 8-dən 12-yə, ümumi oyunların sayı isə 64-dən 104-ə yüksələcək. Turnirin keçirilmə vaxtı hazırkı 32 komanda formatı ilə müqayisədə bir həftə çox keçiriləcək.

Dəyişikliklər 2031-ci il dünya çempionatından qüvvəyə minəcək. 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar arasında dünya çempionatı eyni sayda - 32 iştirakçı ölkə ilə keçiriləcək.

Xəbər xətti