“Beşiktaş”ın futbolçusu Gedson Fernandeş İtaliyaya yollana bilər.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “Cenoa” portuqaliyalı yarımmüdafiəçinin keçidini bu yay reallaşdırmaq niyyətindədir.
26 yaşlı futbolçunun “Beşiktaş”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
“Cenoa” rəsmiləri indidən Türkiyə klubu ilə danışıqlara başlayıb. Qeyd edək ki, Gedson “Benfika”, “Tottenhem”, “Qalatasaray”, “Rizespor” komandalarında çıxış edib.
saytlarin hazirlanmasi