Rusiyanın ÇSKA klubunun sabiq qapıçısı Vladimir Qabulov “Sabah”ın baş məşqçisi Vasili Berezutskiyə heyətini braziliyalı hücumçu Vaqner Lav ilə gücləndirməyi təklif etdiyini bildirib.
Sportal.az xəbər verir ki, “Советский спорт”ə açıqlama verən Qabulov bunları bildirib:
“Mən virtual müqayisələrin tərəfdarı deyiləm. Adekvat şərtlərlə yaşamaq lazımdır. Akinfeyev hələ də ÇSKA-nı gücləndirir. Vaqner isə ümumiyyətlə əladır. Bütün komandamız Vasya Berezutskini inandırmağa çalışırıq ki, Vaqneri komandana götür, o səni çempion edəcək".
Əlavə edək ki, Lav ÇSKA-da 259 matçda 124 qol vurub. O, son olaraq “Avai”də oynayıb.
saytlarin hazirlanmasi