"Sabah"ın rəqibində ayrılıq - RƏSMİ

18:36 - 19 İyun 2025

Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Çelye"də ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Alyoşa Matko Sloveniya təmsilçisini tərk edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı vinger Macarıstanın "Uypeşt" klubuna keçib.

Qeyd edək ki, "Sabah" "Çelye" ilə ilk oyunu iyulun 10-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab görüşü isə 1 həftə sonra Sloveniyada baş tutacaq.


Xəbər xətti