Vidadi Rzayev: "Kəpəz" yenə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq"

22:42 - 8 İyul 2025

"Məncə, "Kəpəz" növbəti mövsüm yenə Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq".

Sportal.az xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.

Veteran futbolçu növbəti mövsüm "Kəpəz" komandasından gözləntilərini açıqlayıb:

"Ona görə ki, göndərdikləri futbolçu qədər transfer etməyiblər. Yəqin maliyə məsələsinə görədir. Avrokuboklar uğrunda çıxış edəcəkləri real görünmür. Elitada qalsalar, uğur sayılacaq. Təbii ki, istəyərdim avrokuboklar uğrunda mübarizə aparsınlar. Çətinliklər olacaq. Bunun öhdəsindən gələ biləcəklər, ya yox bilmirəm. Adil Şükürovun göndərdiyi oyunçulardan bəziləri komandanın heyətində qalmalı idi. Niyə belə qərar veriblər maraqlıdır. Çempionatın startına az vaxt qalıb. Heyətdəki futbolçuların uyğunlaşması məşqçilər heyətindən asılıdır. Komanda hələ tam komplektləşməyib".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 15-də başlayacaq.

Xəbər xətti