"Neftçi" braziliyalı ilə danışıq aparır - "Koritiba"da oynamış müdafiəçi Bakı klubuna keçə bilər

11:34 - 8 İyul 2025

"Neftçi" daha bir legionerin keçidini həll etmək istəyir.

Sportal.az saytına verilən məlumata görə, söhbət “Villa Nova”nın futbolçusu İqor İnosensiodan gedir.

27 yaşlı futbolçunun “ağ-qaralar”la danışıq apardığı bəlli olub.

Braziliyalı sağ cinah müdafiəçisinin Braziliya klubu ilə müqavilə müddəti noyabrın 30-da başa çatacaq.

İqor karyerası ərzində “Yuventude”, “Koritiba”, “Seara”, “Avai”, “Ponte Preta” klublarında çıxış edib.

Xəbər xətti